Amerikanın Türkiyəyə qarşı təzyiq planı alınmadı?

 

Amerika prezidenti Co Baydenin Türkiyəyə qarşı “qondarma soyqırım” kəlməsi işlətməsi, deyəsən rəsmi Vaşinqtonun istəyi kimi olmadı. Əvvəlcə bəzi sanksiyalar, sonra hərbi (F-35) sanksiyaları, qondarma bəyanat və. s kimi təzyiq siyasətindən istifadə edərək, Türkiyəni çökdürmək istəyirdilər. Rəsmi Vaşinqton bu qondarma bəyanatda, dünyadan Türkiyəyə qarşı daha çox qınaq gözlədisə də, bu, baş vermədi. Əslində Türkiyə sanki bu məsələdə bir az rahatdır.

Görəsən indi Amerikanın, Ankaraya daha nə kimi təzyiq etmək siyasəti qalmışdır? Vaşinqton yanlışlıq etdiyini yüksək səviyyədə anlamağa başlamışdır. Bu işdə Amerikanın dövlət katibi Entoni Blinken günahı öz boyunlarından atmağa başlamışdır. Dövlət Katibinin sözlərinə inansaq, o bildirmişdir ki, guya bu qərar kimisə günahlandırmaq deyil, ölənlərə hörmət əlamətidir. Digər tərəfdən isə Ermənistanı daha tez Rusiyanın əlindən qurtarmağa hesablanmışdır. Amerika bununla Türkiyəni itirmək təhlükəsi ilə üzləşdiyini anlamışdı. Hər iki fikir demək olar ki, məntiqsiz görünür.

Əgər Co Bayden əsil günahsız insanlara hörmət etmək istəyirsə, “Xocalı” soyqırımını xatırlatması yaxşı olardı. Bir tərəfdən isə, Rusiyaya təzyiq etməsi üçün şans yaranardı. Hər kəs bilir ki, Xocalı soyqırımı Rusiya və Ermənistan ordu birləşmələri tərəfindən törədilmişdir.


Bu siyasətlə Amerikanın dünya liderliyini itirməyə doğru getdiyini görürük. Heç bir tarixi əsası olmayan, bu qondarma işə, Amerika tərəfdən qondarma bəyanat verilməsi biabırçılıqdır. Amerika kimi demokratik dövlət bu səhvlər üzündən dünyada öz inamını itirməkdədir. İndiki vaxt isə Amerikanın Türkiyəyə nə isə anlatması və yaxud etdiyi əməldən yayınması, boş vaxt itkisidir.

Mikayıl Əsədov.

Bunu paylaş: