Amerikanın Türkiyəyə qarşı S – 400 qısqanclığı davam edir

Bu günlərdə Amerikanın Dövlət Departamenti Türkiyəyə qarşı yeni sanksiya tətbiq etmişdir. Amerika rəsmi olaraq əsas səbəb kimi Türkiyənin Rusiyadan S – 400 havadan müdafiə sistemi alması ilə əlaqədar olduğunu bildirsə də, əsas səbəb Türkiyənin regiyonda güclənməsinə əngəl olmaq və onu silah satışı bazarında sıxışdırmaqdır.
Ekspertlərin rəyinə görə, bu sanksiya həm Vaşinqton və Ankara, həm də NATO daxilində soyuqluq yaranmasına səbəb olacaqdır.Sanksiya Türkiyənin Müdafiə Sənayesi Katibliyinə, onun rəhbəri İsmail Dəmirə və daha üç məmura da tətbq olunmuşdur. Türkiyə hökuməti ABŞ-ın bu sanksiyasına qarşı cavab tədbirləri görüləcəyini bildirmişdir.


Türkiyə Müdafiə nazirliyi bəyanat yayaraq, hesab edir ki, bir NATO üzvünün öz müttəfiqinə qarşı sanksiya tətbiq etməsi yolverilməzdir və ayrı – seçkiliyə aparıb çıxarır. Belə ki, illər öncə Rusiyadan S – 300 havadan müdafiə sistemi alan Yunanıstana qarşı isə heç kim belə münasibət göstərməmişdir.
NATO- nun baş katibi isə Türkiyəyə qarşı olan bu ayrıseçkilik siyasətini təqdir etmir və Türkiyənin NATO üçün əvəzolunmaz bir ölkə olduğunu qeyd etmişdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: