Amerikanın Türkiyədən bu tələbi məntiqsizdir…

Amerika Birləşmiş Ştatlarının rəsmiləri Ukrayna səmasını bağlamaq üçün Türkiyəyə müraciət etmişlər. Onlar bir müddət əvvəl Türkiyənin Rusiyadan aldığı “S400” hava hücumundan müdafiə sistemlərini Ukraynaya vermələrini təklif etmişlər.
Əvəzində isə, Qərb rəsmi Ankaraya “Patriot” HHMS – ni və “F35” döyüş təyyarələrini verməyi təklif edib.

Türkiyə tərəfi hələlik buna rəsmi cavab verməyə tələsmir.
Bəzi ekspertlərin fikrincə, Türkiyənin ağır günündə Qərbdən HHMS – ni istəsə də, əsasən də Amerika tərəfi müəyyən bəhanələrlə silahı verməkdən boyun qaçırmışdır.
Amerikanın bu tələbi Rusiya və Türkiyəni üz-üzə qoya bilər.
Digər tərəfdən isə, bu bir ağılsızlıq olardı.

Çünki Rusiya istehsalı silahlar, atəş zamanı eyni ölkə istehsalı silahlara qarşı passiv fazaya keçir. Yəni şimal qonşularımızın silahı heç bir zaman, öz silahlarını hədəf seçə bilmir.
Təsəvvür edin, ruslar ukraynalılara atəş açır və “S-400″lər heç bir reaksiya vermir.
Bu gün Amerikanın Türkiyəyə qarşı tələbləri məntiqsizdir. Zamanında Vaşinqton Ankaranı tərəfdaş kimi əlində saxlamalı idi. Gücünə, mövqeyinə, qətiyyətinə görə dünya liderlərindən olan Türkiyəni itirmək, Qərb üçün məhv olmaq deməkdir. Görünür Vaşinqton hansı səhvə yol verdiyini indi anlamağa başlayıb…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın