Amerikanın bu qərarına görə, erməni lobbisi Azərbaycana qarşı hücuma keçdi

 

Amerikanın bir müddət əvvəl Qafqaz ölkələrinə ayırdığı maliyyə yardımı ermənipərəst qüvvələri narahat etməyə başlamışdır. Aldığımız xəbərə görə Amerika Azərbaycana 100 milyon dollar yardım ayırsa da, Ermənistana maliyyə yardımı ayırmamışdır. Bu məsələyə görə qəzəblənən erməni lobbisi Amerika Konqresinə etiraz etmişdir.

 

Amerikanın aşağı – Nümayəndələr Palatasının Respublikaçılar partiyasından olan üzvü Ceki Speyer, Birləşmiş Ştatların Müdafiə Nazirliyini Azərbaycanın təhlükəsizliyi üçün ayrılmış yardımı yenidən nəzərdən keçirməyə çağırıb. Erməni lobbisinin təsiri dairəsində olan Ceki Speyer, rəsmi Vaşinqtonu Azərbaycanın erməni təxribatçılarının əsir saxlanmasını nəzərə almağa çağırmışdır. Digər tərəfdən isə Ceki Speyer Pentaqonu həmin əsirləri azad edilməsi üçün təzyiq etməyə də sövq etmişdir.Bununla bağlı erməni lobbisinin üzvlərinin gələn həftə Amerika Konqresinə müraciət edəçəklərini bildirmişdir.

 

Xatırladaq ki, Ceki Speyerin anası ermənidir. İkinci dünya müharibəsi zamanı Almaniyadan Amerikaya köçmüş ermənilərdəndir. Ceki erməni lobbisinin Amerikada əsas dayaqlarından biri sayılır.

Mikayıl Əsədov.

Bunu paylaş: