Amerikalı diplomatlardan, ermənilərə bizim dildə cavab

Son vaxtlar Azərbaycanın işğal altındakı torpaqlarında Livandan köçürülmüş ermənilərin yerləşdirilməsi prosesi davam edir. Buna etiraz olaraq Amerikanın diplomatları və siyasi xadimləri tərəfindən də işğalçı Ermənistana qarşı təpkilər gəlməkdə davam edir.
Metyu Brayza, Tomas Qolst, Piter Teys, hər üç amerikalı bu ermənilərin köçürmə siyasətini pisləyərək bəyanat yayıblar. Təəssüf ki, hər zamankı kimi Qarabağ məsələsində biz artıq 30 ildən çoxdur ki, bəyanatlarla kifayətlənirik. Niyə bizim xeyrimizə olan hər şey kağız üzərində qalır?
Səbəbi- bizim diplomatiyanın ancaq tərif üzərində qurulmasıdır, bu, çox üzücüdür. Bəs nə zaman əməli fəaliyyətə keçəcəyik? Artıq dünya gözəl anlayır ki, bu hakimiyyət üçün Qarabağ məsələsi önəmli deyil və sadəcə xalqı hər zamankı kimi yola verirlər. Artıq bizimlə illərdir ki, İlham Əliyev, Zakir Həsənov və. s məmurlardan müharibə qərarları eşidirik. Son Tovuz hadisələri də onu göstərdi ki, İlham Əliyev və onun hakimiyyəti müharibə etmək iqtidarında deyil. Bu boş -boş bəyanatlar indiyə qədər heç bir nəticəni dəyişmədi və hər tərəfdən aldadılan xalq oldu.
Dünya bilir ki, Azərbaycan iqtidarı necə xalqa laylay deyərək zamanı dəyişir.
Necə deyərlər, ,,daşı daş üstə qoymaram”ı sözdə yox reallıqda göstərmək lazımdır.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: