Amerikadan Azərbaycana yeni sanksia, günahkar kimdir?

 

Dünən Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatası Azərbaycana dair yeni qanun qəbul etmişdir. Amerikanın Xarici Yardım Haqqında qanuna düzəlişinə əsasən, Vaşinqton tərəfindən Azərbaycana qarşı hər hansı bir hərbi yardımın dayandırılması anlamına gəlir. Bu qanunun qəbul edilməsində əsas rolu erməni lobbisi tərəfindən himayə olunan Frenk Palone oynamışdır. Maraqlısı budur ki, ABŞ konqresinə təqdim edilən bu qanun tam səslə qəbul edilmişdir.

Demək olar ki, bu maddə bir müddət ləğv edilən 907-ci maddənin yenisidir. Həmin vaxt bu qərarın ləğv edilməsinə təəssüflənən Frenk Pallone olmuşdur. Görünür, Azərbaycan diasporasının Amerikada fəaliyyəti yalnız boşuna pullar paylamaqdır. Bu vəziyyət Amerikada fəaliyyət göstərən Azərbaycan diasporasının biabırçılığıdır. İllərdir milyardlarla pul ayrılan diasporaların işləri, ciblərini doldurmaqdır.

İham Əliyevin xarici siyasəti, görünür yavaş – yavaş iflasa uğramaqdadır. Düzdür, bu qərarda dini təriqətlər və Türkiyə amili də rol oynaya bilər, lakin Konqresdə olan bütün Senatorların Azərbaycan əleyhinə qərarı dəstəkləməsi bizim uğursuzluğumuzdur. Sadəcə diaspora rəhbərləri vətənini sevənlər olmalıdır, xalqın pullarını deyil. Bu uğursuzluğumuzu İlham Əliyevin özündə və yürütdüyü siyasətində axtarmalıyıq…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın