Amerika və Rusiya arasında “B-1” gərginliyi

 

Amerika ilə Rusiya arasında daha bir gərginlik; Söhbət Amerikanın B-1 bombardmançı təyyarələrini Norveçə göndərməyindən gedir. Bu barədə Rusiya tərəfi açıq şəkildə Amerikaya öz etirazını bildirmişdir. B-1 təyyarələri demək olar ki, dünyanın ən güclü bombardmançı təyyarəsi sayılır.

Rəsmi Kremlin bu təyyarədən qorxmasının səbəbi onun nüvə başlıqlı raketlərlə təchiz edilməsidir. Bundan əlavə, daha bir üstünlüyü B-1 təyyarəsinin düşmən radarlarından yayınmasıdır. Rusiya və Amerika razılaşmasına əsasən, hər iki dövlət bir -birinə qarşı belə ağır silahları müəyyən məsafədə saxlamalıdır.


Rusiya bu məsələ ilə bağlı açıq şəkildə Norveçi təhdid etməkdən belə çəkinməmişdir. Amerikanı bu addımı atmağa məcbur edən bir müddət əvvəl Rusiyanın döyüş təyyarələrinin Norveçin hava məkanını pozaraq həmin ölkəni təhdid etməsi olmuşdur.

Mikayıl Əsədov.

Bunu paylaş: