Amerika və erməni generallar baş sındırır

Azərbaycan əsgəri Ermənistanla müharibədə möhtəşəm qələbə qazandı.Türkiyə Silahlı Qüvvələrinin komandanı H.Akar bunu belə qiymətləndirmişdir:”Bu 44 günlük döyüş haqda 44 il danışılacaqdır”.
Doğrudan da,30 il boyunca amansızlıqla yaradılmış düşmən istehkamlarını məhv edib keçmək hərbçılərimizin misilsiz qəhrəmanlıqları hesabına başa gəlmişdir.Hələ Şuşanın alınması…Bu əfsanəvi döyüş bütün dünya hərb tarixinə inanılmaz bir töhfə oldu.


Xocalı qətliamının iştirakçılarından olan Ermənistanın eks-prezidenti Koçəryan hələ də anlaya bilmir ki,möhkəm müdafiə olunan bu qala necə alındı? Heç erməni generalları da buna cavab tapa bilmirlər.


Amerika Hərbi Araşdırmalar Mərkəzi qeyd etmişdir ki,Şuşanın bir günün içində alınması dünya hərb tarixinə yazılmalı hadisədir.Onların sözlərinə görə,ABŞ ordusuna bu döyüş bir neçə həftəyə başa gələrdi.Hətta ekspertlər bu döyüşü tarixi 300 spartalı döyüşü ilə müqayisə edirlər.
Bunun səbəbini isə ancaq biz azərbaycalılar bilirik:-Bu,200 ildən bəri alçaldlmış,torpaqları qarış-qarış alınmış,”sizdən döyüşçü olmaz,sizlər bazar adamısınız” kimi təhqirlərə dözməyə məhkum olunmuş bir xalqın hayqırtısı,qəzəb püskürtüsü idi.Biz bu döyüşü hazırlayan və vuruşan əsgərlərimizin,şəhid və qazilərimizin önündə baş əyirik və qeyrətimizi bizə qaytardıqları üçün sonsuz minnətdarlığımızı bildiririk.Eşq olsun!!

Mikayıl Əsədov.

Bunu paylaş: