Amerika Uyğur soyqrımını tanımağa hazırlaşır

Doğu Türküstan Uyğurlarımıza dəstək olaraq illərdir bitməyən Çin zülmünə qarşı bütün millətləri birliyə çağırırıq. Dinindən, dilindən, millətindən asılı olmayaraq dünya bu zülmə biganə qalmamalıdır. Çin kommunist terrorçuları artıq bir qədər də irəli gedərək Misir, Malaziya, İndoneziya və. s kimi ölkələrdə diplomatik olaraq orda yaşayan Doğu Türküstan Uyğurlarını Çinə ekstradisiyasını tələb edir. Doğu Türküstan Uyğurlarının bu vəziyyətə düşməsinə səbəb birinci məsuliyyət Türk dünyası üzərinə düşür. Çin terrorçuları Doğu Türküstanın bir çox yerində tikilən həbsxanalarda Uyğur qardaş və bacılarımızı həbsə ataraq məcburi insanlığa yaraşmayan ən ağır işləri gördürür.
Artıq Amerika Birləşmiş Ştatları Çinin Uyğurlara qarşı etdiyi bu soyqırımı tanımağa çalışıb. Biz Azərbaycan Xalqı olaraq hər zaman Uyğur qardaş və bacılarımızın yanındayıq, çox təəssüf ki, bəzi Türk dövlət başçıları bu soyqırıma qarşı susur. Sonda Əbülfəz Elçibəyin Doğu Türküstan Uyğurları haqqında Çinə verdiyi cavab:
-Çinlə siyasətimiz soyuqdur. Mən deyərdim ki, Çində 40 milyon türk var. Bəs niyə onlara azadlıq vermirsən?
Sən mənim millətimi zəlil etmisənsə mən səninlə necə dost ola bilərəm?

İmza; Mikayıl Əsədov

Bunu paylaş: