Amerika Türkiyə və Çinə görə Səudiyyə Ərəbistana təzyiq etmək istəyir?

“The Wall Street” jurnalının məlumatına görə amerikalı senatorlar Prezident Co Baydenə müraciət edərək, builki insan haqlarının pozulmasına görə Rusiyadan sonra Səudiyyə Ərəbistanını da siyahıya salmağı tələb edirlər. Senatorların prezidentə ünvanladığı məktubda Əl – Riyada qarşı təzyiq vasitələrindən istifadə etməyi tələb edirlər.
Bütün dünya bilir ki, Səudiyyə Ərəbistanı Amerikadan ən çox silah alan müttəfiqlərindən biridir.

Niyə Amerika Əl-Riyada qarşı mövqeyini dəyişdirmək istəyir?
İlk növbədə son vaxtlar Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin normallaşması bizi düşündürməyə vadar edir. Üstəlik də Türkiyəyə milyardlarla sərmayə qoyacağını bildirən Ərəbistan Şahzadəsi, bununla Vaşinqtonda qıcıq yaratmaqdadır. Amerikanın son vaxtlar siyasətinə fikir versək, Türkiyənin inkişafı onları ciddi narahat etməkdədir. Üstəlik də Əl-Riyadın Türkiyənin iqtisadi, maliyyə çətinliklərindən qurtarmaq istəməsi və buna qarşılıq olaraq rəsmi Ankaranın Türkiyədə öldürülmüş ərəbistanlı jurnalistin istintaq işini Şeyxə göndərməsi Vaşinqtona təsir edən amillərdəndir.

İkinci bir məsələ isə, Çinlə ərəblərin əlaqəsidir. OPEK – lideri kimi, Əl-Riyad Çinə ən çox neft və neftdən alınmış xammal göndərməkdədir.
Rusiyanın Ukraynaya işğalçılıq siyasətinə Çinin səssiz qalması, Vaşinqtonu qəzəbləndirir. Bu səbəbdən Amerika Səudiyyə Ərəbistanının enerji siyasətindən istifadə edərək, Çinə təzyiq etmək istəyir.
Ərəblərin isə, əsas gəlirinin rəsmi Pekin tərəfindən olduğunu anlayır və Amerikanın Çinlə bağlı tələblərinə etiraz edir.
Bir sözlə, Amerikanın yaxın müttəfiqlərindən olan Səudiyyə Ərəbistanına qarşı sərt addımlar atmağa vadar edən Əl-Riyadın Türkiyə və Çin siyasətidir. Ola bilsin ki, yaxın zamanda Vaşinqton və Əl-Riyad arasında ciddi problemlər yaransın.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın