Amerika Rusiyaya qarşı birinci səddini işə sala bilər

 

Son vaxtlar Qara dənizdə vəziyyət getdikcə gərginləşməkdədir. Burada həm Amerika və NATO-nun hərbi təlimləri, digər tərəfdən isə Ukrayna və Gürcüstan məsələsi Rusiyanı qıcıqlandırmaqdadır. Demək olar ki, NATO – Rusiya gərginliyindən bıçaq sümüyə dirənməkdədir.
Bəs Azərbaycana bu gərginliyin nə dərəcədə təsiri vardır?
Artıq bir neçə gündür ki, Azərbaycan ordusunun təlimləri səngimək bilmir. Digər tərəfdən isə Azərbaycanla Türkiyənin təlimləri mütəmadi olaraq davam etməkdədir.

Azərbaycan gözəl anlayır ki, Ukraynada yenidən müharibə başlasa, Qafqazlar və Orta Asiyaya kimi uzana bilər. Bir neçə il bundan əvvəl Rusiyanın Ukraynaya hücumunda NATO hərbi cəhətdən Kievə tam dəstək verməsə də, indiki durum tam əksini göstərəcəkdir. Yəni Amerika NATO ilə Rusiyaya qarşı müharibə aparsa, yaratdığı birinci səddini işə salacaqdır. Həmin döyüş səddi keçmiş “Sovetlər Birliyi” dövlətləridə daxil, Finlandiyadan başlayaraq Yaponiyada bitir. Yəni illərdir Qərbin siyasi xətti Rusiyanı mühasirəyə almaq idi və bunu da demək olar ki, bacardı.


Azərbaycan da bu məsələdə öz sayıqlığını saxlamaqdadır. Çünki geopolitik xəritəyə nəzər etdikdə bilirik ki, ölkəmiz Rusiya ilə sərhəd qonşusudur. Qara dənizdə müharibə başlasa, Rusiya Gürcüstan və Ukraynaya hücum edəcəkdir. Azərbaycanın mövqeyini bilmək üçün isə Qərb və Rusiya ölkəmizə təzyiqləri artırmalı olacaq. Bu səbəbədən də bizim yalnız çıxış yolumuz Türkiyə ilə birləşib vətənimizi xilas etməkdir. Bəlkə də 3-cü dünya müharibəsinin başlamasına çox az vaxt qalıb. Demək olar ki, dünya ölkələri sürətlə silahlanmağa başlamışdırlar. Bu baş versə, bəşəriyyətin məhv olmasına qaçılmazdır.

Mikayıl Əsədov.

Bunu paylaş: