Amerika Pakistan vasitəsi ilə Çinə zərbə vurmaq istəyir

Son vaxtlar qardaş ölkə Pakistanda vəziyyət getdikcə gərginləşməkdədir. Pakistan müxalifəti bəzi şəhərlərdə xalqı ayağa qalxmağa çağırmaqda idi. Vəziyyətdən çıxış yolu kimi Baş Nazir İmran Xan hökumətini istefaya göndərmiş oldu. O, yenidən seçkilərin keçirilməsi və yeni baş nazirin seçilməsinə kimi Pakistanı idarə edəçəkdir.

Niyə Pakistanda vəziyyət dəyişdi?
Bir müddət əvvəl Türkiyə və Azərbaycan rəsmilərinin ard-arda İslamabada səfəri onu göstərir ki, qardaş ölkədə vəziyyət ürək açan deyil.
Məsələ burasındadır ki, İmran Xanın və hökumətinin istefası birbaşa Çinin bu- günkü mövqeyindən asılıdır.

Bildiyiniz kimi, Pakistan Çinin ən yaxın müttəfiqi sayılmaqdadır. Rusiyanın Ukraynaya qarşı yürütdüyü işğalçılıq siyasətini dəstəklədiyini və Tayvan məsələsində aqressiya nümayiş etdiyinə görə, Amerika rəsmi Pekini cəzalandırmaq istəyir.

Rəsmi Vaşinqton ilk növbədə onun ən yaxın müttəfiqi olan Pakistandakı hakimiyyəti öz xeyrinə dəyişməklə Çinə xəbərdarlıq etmək istəyir. Bu səbəbdən bu gün qardaş ölkədə vəziyyət gərginləşməyə doğru gedir.
Amerikanın artıq Şrilankadakı dəyişikliyini gördük. Həmin ölkədə hökumətlə birlikdə, generallardan da istefaya göndərilmiş oldu.
Bir sözlə, rəsmi Vaşinqton Çinin təsirində olan ölkələrdə vəziyyəti dəyişməklə, Pekin kommunistlərini cəzalandırmaq istəyir.
İlk və əsas hədəfin Pakistan olduğunu anlayan İmran Xan, ölkədə qardaş qırğınının qarşısını almaq üçün bu addımı atdı.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın