Amerika Cinə qarşı yeni birlik yaradır

 

Myamnadakı çevriliş qitənin Cənub -Şərqindəki vəziyyəti tamamilə dəyişdi. Bu məsələnin ciddiliyini nəzərə alaraq Amerika həmin bölgədə yeni bir təşkilat yaratmaq istəyir. Bu təşkilatın NATO oxşarı olması nəzərdə tutulur. Son vaxtlar Çinlə Amerika arasında yox, Hindistan və Çin arasında da gərginlik artmaqdadır. Amerika prezidenti Yaponiya, Hindistan , Avstraliya kimi ölkələrin dövlət başçılarının razılığını almışdır.

Hindistanın Myamnadaki dövlət çevrilişində Çini günahladırması əbəs yerə deyilmiş. Çinlə Hindistanın artıq illərdir davam edən sərhəd problemləri də rəsmi Dehlini bu quruma üzv olmağa məcbur edir. Hər tərəfdən baxsaq, Çinin Hindistanla müqayisədə hər bir cəhətdən üstün olduğu açıq – aşkar görünməkdədir. Başqa bir tərəfdən isə Hindistana Amerika kimi müttəfiq hava və su kimi lazımdır. Çin artıq bu məsələ ilə bağlı öz etirazını çatdırmışdır.

 

Gələcəkdə bu hərbi bloka Cənubi Koreya, Yeni Zellandiya, İndoneziya, Malayziya, Sinqapur kimi dövlətlər də daxil ola bilər. Bu gedişatla Amerika Çini daha da çox nəzarətdə saxlamaq fikrindədir. Gündən-günə inkişaf edən Çin Amerika üçün rəsmən real problemə çevrilmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: