Amerika Azərbaycana qarşı “907”-ci maddəni yenidən aktivləşdirə bilər

Amerika Birləşmiş Ştatlarının yeni Dövlət Departamentinin rəhbəri Entoni Blinken Azərbaycana qarşı təhdidlər yağdırmışdır. Yeni prezident Con Baydenin köməkçisinin sözlərinə görə, keçmiş Tramp hakimiyyətinin Dağlıq Qarabağda baş vermiş 44 günlük müharibədə səssiz qalmasını qəbul edilməz saymışdır. Entoni Blinken 44 günlük müharibə vaxtı Amerika tərəfindən verilən dəstəyi, yenidən gözdən keçirəcəyini bildirmişdir.

Hətta bir az da irəli gedərək, Azərbaycana qarşı yenidən “907”- ci maddəni aktivləşdirə biləcəyini bildirmişdir. Entoni Blinken daha sonra Amerika Birləşmiş Ştatlarının bölgədə sülhün bərqərar olmasını dəstəkləyəcəyini bildirmişdir. Onun sözlərinə görə, Pentaqon və Avropa diplomatları bu məsələ üzərində işləyirlər.


Amerikada yeni prezidentin köməkçisinin Azərbaycana qarşı qərəzli mövqe tutmağının məqsədi ola bilsin ki, gələcəkdə Dağlıq Qarabağa köçürülən ermənilərə müstəqillik verilməsinə məcbur etməkdir. Bəzi ekspertlərin fikrincə isə, hökumət rəsmisi bu çıxışında Ermənistanı dəstəklədiyini göstərməklə, erməniləri Rusiyanın əlindən almaq kimi də siyasət işlədə bilər.

Rəşad Şıxəliyev.

Bunu paylaş: