Amerika İranla gizli görüşündə, Rusiyanı kənarda saxladı

 

Bölgəmizdə sanki vəziyyət yaxşıya doğru dəyişməkdədir. Söhbət İran və Amerika əlaqələrindən gedir. Bu günlərdə İranla Qərb arasında sanki yaxınlaşma hiss olunmaqdadır. Barak Obamanın dönəmində İranla Amerika, Tehranın nüvə problemi ilə əlaqədar demək olar ki, razılığa gəlmişdirlər. Həmin vaxt əsas vasitəçi Rusiya olsa da, bu yaxınlaşma uzun sürmədi. Donald Tramp gələndən sonra isə vəziyyət getdikcə pisləməyə başladı. Trampın zamanında Pentaqon rəsmiləri dəfələrlə İrana hücum etmək istədiklərini dilə gətirmişdilər. Sanki bu anlaşmanın baş tutmasından kimlərsə narahat idi. Belə bir siyasət yer kürəsində demək olar ki, Rusiyaya məxsusdur. Yəni özünü sülhsevər kimi göstərməklə, qarşısındakıları hər zaman gərginlikdə saxlamaqdır.

Amerikanın yeni prezidenti Con Baydenin komandasından verilən məlumatlara əsasən, İranla, Fransa və Böyük Britaniyanın vasitəsi ilə gizli danışıqlar getdiyini bildirmişlər. İnanırıq ki, bu dəfə danışıqların Rusiyasız baş tutması müsbət nəticələnəcəkdir. Rəsmi Tehran ilk öncə Qərbin İrana tətbiq etdiyi sanksiyalara son verilməsini tələb etmişdir.

Əgər danışıqlar müsbət nəticələnərsə, İran Urannın zənginləşdirilməsini dayandırmalı, bütün labaratoriya və ləvazimatları Beynəlxalq Təşkilata təqdim etməlidir. İnanırıq ki, qısa bir vaxtda danışıqlar nəticə verəcəkdir və bölgəmizdə daimi sülh yaranacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş: