AMEA – da torpaq satırlar?

 

Hörmətli oxucular, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin iclasından, qalmaqalı səs yazısı mətbuata yayılmışdır. Bu səs yazısında, keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov və Ramiz Mehdiyev arasında dialoq əks olunmuşdur. Məsələ ilə bağlı Elton Məmmədov Xızıdakı torpaq sahələri barəsində narazılığını bildirmişdir. O, 120 şikayət ərizəsi aldığını qeyd etmişdir. Daha sonra bildirmişdir ki, insanlar bu torpaqların Ramiz Mehdiyev tərəfindən satıldığını söyləmişlər. Elton Məmmədov öz istəyi ilə, işdən xaric edilmə ərizəsini rəyasət heyətinə təqdim etmişdir. Bununla razılaşan Ramiz Mehdiyev bu xahişi qəbul etmişdir.

Hər kəs bilir ki, AMEA ölkəmizdə elmi işlərlə məşğuldur. Bəs bu torpaq satışının bu quruma nə aidiyyəti olduğunu anlamaq olmur. İddiaya görə həmin torpaq sahələri, alimlər üçün dövlət tərəfində ayrılan mülklərdir. Lakin daxildə sanki AMEA yox, əmlak bazarıdır. Deyəsən Ramiz Mehdiyev AMEA – da “maklerlik” lə məşğuldur. Görün Azərbaycanın və xalqın gələcəyi kimlərin əlindədir.

Ramiz Mehdiyev AMEA – da yeni bir oyun yaradaraq, öz əməllərini başqalarının üstünə atmaq istəyir. Əgər Elton Məmmədov bu işdə haqlıdırsa və Mehdiyev də bunu təsdiqləyirsə, niyə istefa verməyinə səssiz qaldı?. İlham Əliyevin xalqa təqdim etdiyi bu çür insanlardan, başqa bir şey gözləmək olmaz. Bu tip məmurlar yalnız xalqın sərvətini məhv etmək üçün çalışırlar.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın