Almaniya rəsmən təsdiqlədi

 

Almaniyanın mərkəzi ekspertiza qurumu Rusiya müxalifət lideri aktivist Aleksey Navalnının zəhərləndiyini rəsmən təsdiqlədi. Ölkənin Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, bir müddət əvvəl zəhərlənərək Almaniyaya gətirilən Aleksey Navalnı stəkan vasitəsi ilə yox,insan tərəfindən zəhərlənmişdir.Həmin vaxt Navalnının yanında olan yaxın adamlarının da üzərindən zəhərli maddələr aşkarlanmışdır.

Almaniyanın açıqlamasına görə, həmin zəhər Rusiyanın Xüsusi Xidmət orqanlarının hazırladığı “Novicok” adlı kimyəvi maddədir. Almaniya bu barədə artıq rəsmi Kremlə öz etirazını bildirmişdir.
Bu məsələ ilə əlaqədar , bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Qərbdən sübutlar tələb etmişdir. Ekspertiza nəticələri artıq Rusiyaya təqdim olunub sübut edilsə də, Putin hakimiyyəti bundan boyun qaçırmaqdadır. Qərb ölkələri Navalnını həbsdə böyük təhlükə gözlədiyini bildirmişlər.

Almaniyanın bəzi deputatlarının sözlərinə görə, Putin hakimiyyəti Navalnını həbsdə öldürə və yaxud intihara məcbur edə bilər. Xatırladaq ki, Aleksey Navalnı ölkəyə geri döndükdən sonra hava limanında həbs edilmişdi və məhkəmə qərarına görə 3.5 il müdətinə şərlənərək həbs qəti imkan tətbiri verilmişdir. Rusiya hökuməti isə Navalnını Qərbin agenti olmaqda ittiham edir.

Mikayıl Əsədov.

Bunu paylaş: