Almaniya Navalnınin zəhərləndiyini açıqladı

Almaniya höküməti Aleksey Navalninin zəhərləndiyini təsdiq etdi. Putinin rəqibi olan Aleksey Navalni bir müddət əvvəl Rusiyada aeroportda halı pisləşmiş və müalicə üçün təcili Almaniyaya gətirilmişdir. Zəhərlənmə ilə əlaqədar Angele Merkel başda olmaqla Almaniyanın bir çox yüksək rütbəli məmurları bu işi nəzarətə götürüblər.
Artıq Putin hakimiyyətinin Rusiyanın bir nömreli müxalif liderlərinə qarşı olan sui-qəsdi Almaniya tərəfindən tam sübut olundu. Putin hakimiyyətinin ara sıra müxalif insanlara qarşı sui-qəsd hazırlaması bir neçə dəfə sübut olunmuşdur. Araşdırmalarımıza görə istifadə olunan Polonium 4 və eksperimental zəhərli maddələri istifadə edərək insanların bu yolla həyatlarına son qoyurlar. Hal-hazırda Rusiya müxalifətinin lideri Aleksey Navalni komadadır, müalicəsi davam edir.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: