Almaniya “batacaq”

 

Məlum olduğu kimi, Almaniyada Angela Merkel dövrü başa çatdı. Gözlənildiyi kimi, onun yerinə Olaf Şols (Olaf Sholz) yeni federal konsler seçildi.

Yeni hökumət ölkədə 16 ildən sonra qurulan üçpartiyalı yeni koalisiyanın proqramını təqdim etmişdir:

– ikili vətəndaşlığın təmin edilməsi;
– alman vətəndaşlığının alınmasının sadələşdirilməsi;
– bir saatlıq minimum əmək haqqının 9,6 € – dan, 12 € – ya qədər qaldırması;
– seçkilərdə səs vermə yaşını 16-ya endirməsi;
– 16 yaşlı gənclərə sürücülük vəsiqəsinin alma hüququnun təmin edilməsi;
– aztəminatlı ailələr üçün 400 min yeni sosial mənzilin tikilməsi;
– COVİD- 19 ilə mübarizə üçün tibb işçilərinə əlavə 1 milyard avro premiya verilməsi;
– 2030-cu ilə qədər fosil yanacaqdan imtina edilməsi və tamamilə elektrik avtomobilinə keçilməsi;
-və s.


Göründüyü kimi, Almaniya
2030 – cu ilə qədər “batacaq”.
Onu xilas edəcək yeganə adam bizim “müdrik”, “müzəffər” dövlət başçısı – İlham Əliyev ola bilərdi, anadolu türkləri demişkən, malesəf onun da başı Azərbaycanı batırmaqla məşğuldur. Vaxtıilə Almaniyada olan “iqtisadi tənəzzülü” işıqlandıran yeganə bir TV kanalı var idi – o da Aztv idi.
Alman xalqı gərək bizi bu dəfə bağışlasın ki, Aztv onları “informasiya blokadasından” çıxara bilməyəcək.
Onun başı Azərbaycanı batıran o, “müdrik”, “müzəffər” rəhbəri vəsf etməklə məşğuldur.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın