Allahsız deputatlar və imanlı xalq…

 

Dostlar, bu səfər başqa bir mövzuya toxunmaq istəyirəm. Bir çoxlarının marağına səbəb olan məscidlər barəsində yazmaq istərdim. Bilirik ki, pandemiya dövründə bir qism ictimai yerləri, məcburiyyət qarşısında bağlı saxladılar. Lakin iaşə obyektləri, kafelər, otellər açılır, amma məscidləri hələ də qapalı saxlayırlar. Əslində qapalı saxlanma müddəti, nəinki koronavirus vaxtına təsadüf edir, əksinə, bir neçə il ondan qabağa nəzər salsaq aşkar şəkildə görə bilərik ki, məscidlər sifarişli şəkildə bağlı saxlanılır.

Tarix və vaxt yadımda qalmasa da, şəhidlər xiyabanının yaxınlığında yerləşən məscid uzun illərdi ki, fəaliyyətini dayandırıb. Əslində, məcburi şəkildə məscidin açılmasına qadağa qoyulub. Belə ki, adı çəkilən ibadət yeri Milli Məclisə yaxın olduğu üçün, azan səsi onları narahat edib. Bu səbəbdən də həmin məscidin qapadılmasına qərar veriblər. Burdan aydın olur ki, Millisiz Məclis deputatlarının mənəviyyatı və imanı yoxdur. Onların təzim etdikləri şəxs və “Allah”ları ölkə prezidentidir.


Burdan ibadət evlərinin açılmasının əleyhinə olan imansızlara səslənirəm: – İnsanların inancları ilə oynamayın, din yerlərin açın. Zatən xalq sizdən gözlədiyini əldə edə bilmir. Xalqın hər şeyini əlindən alanlar, dinlərini də əlindən almaq istəyirlər. Tək ümid və pənah yeri onların səbirsizliklə gözlədikləri inanc yerlərinin açılmasıdır. Məmurlar insanların inancına toxunmaqla, xalqı alcaldırlar.

Rəşad Şıxəliyev.

 

 

Bunu paylaş: