Aleksey Overçukun təcili Azərbaycana səfəri nə ilə əlaqəlidir?

 

Rusiyanın Baş Nazirinin müavini Aleksey Overçuk təcili olaraq Azərbaycana səfərə gəlmişdir. O, İlham Əliyevlə görüşdə bir çox məsələlərdə fikir mübadiləsi apararaq, İrəvana səfərə getmişdir.

Soçi görüşü öncəsi, Putinin elçisinin Azərbaycana təcili səfəri hansı məqsədi güdür?
Görünür, Putinin yeni təklifini Aleksey Overçuk İlham Əliyevə çatdırıb. Azərbaycanın isə Soçi görüşünə kimi düşünməyə və qərar verməyə vaxtı vardır.

Putinin təklifi hərzamankı kimi belə ola bilər:
1) Zəngəzur dəhlizinə də, “Rusiya sülhməramlıları” nəzarət etsin.
2) Zəngəzur dəhlizi də, Azərbaycanın nəzarətinə 5 illik verilə bilər.
3) Zəngəzur dəhlizindəki postlara Rusiya nəzarət etsin.

Aleksey Overçukun ilk olaraq ölkəmizə səfəri, Zəngəzurla bağlı Azərbaycanı razı salmaqdır. Anlamaq lazımdır ki, Rusiyanı Zəngəzur dəhlizi Ermənistandan çox narahat edir.
Putini maraqlandıran məsələ isə, Türkiyə və Azərbaycanın arasındakı yola nəzarət etməkdir. Çünki Putin anlayır ki, bu yolla Türkiyə Azərbaycana hərbi yardımlar edəcəkdir.

Digər tərəfdən isə, Ermənistan və Rusiya “İpək Yolu” na nəzarət etmək istəyir. Görünür, Rusiya hərbi, Ermənistan isə, iqtisadi nəzarət üçün Zəngəzura şərik olmaq istəyir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın