Aleksey Navalnıdan pis xəbər var…

 

Vladimr Putinin qorxulu röyasına çevrilmiş Aleksey Navalnı həbsxanada aclıq aksiyasına başlamışdır. Rusiya müxalifət liderinin vəkilinin sözlərinə görə, bir müddət əvvəl həbsxanada Navalnıya baş çəkmişdir və vəziyyətinin ağır olduğunu söyləmişdir. Vəkilin sözlərinə görə Navalnının belindəki ağrılar birbaşa ayaqlarına təsir etmiş və gəzmək qabiliyyətini belə itirmişdir.

Navalnının həbsxanada həkim müalicəsi ixtiyarı olsa da, Putinin əmri ilə ona heç bir yardım edilmir. Müxalifət liderinə həbsxanada verilən yeganə “İncil” kitabı olmuşdur. Vəkil daha sonra əlavə etmişdir ki, həbsxana işçiləri Aleksey Navalnıya təzyiqlər və təhqirlər etməkdədir, hətta qidalanmasında belə problemlər yaratmışlar. Bu səbəbdən həbsxanada gördüyü qanunsuzluğa və qanunsuz olaraq həbs edildiyi üşün Navalnı aclıq aksiyasına başlamışdır. Rusiyada Navalnının tərəfdarları bu zülmə etiraz edərək yeni mitinqlər təşkil etmək fikrindədirlər.

Xatırladaq ki, Aleksey Navalnı bir müddət əvvəl Rusiyada zəhərlənmiş və təcili Almaniyaya aparılmışdır. Sağaldıqdan sonra Rusiyaya geri dönsə də, Putinin sifarişi ilə hava limanından həbs edilmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: