Aleksandr Navalnıya beynəlxalq mükafat verildi

 

Strasburqda 15 dekabrda Rusiyada siyasi məhbus olan Aleksandr Navalnıya beynəlxalq Saxarov mükafatı təqdimetmə mərasimi keçirilib. A. Navalnı özü həbsxanada olduğu üçün, mükafatı onun 20 yaşlı, xarici ölkədə təhsil alan qızı Darya Navalnıya təqdim edilib.

D. Navalnı Rusiyada baş verən korrupsiya və rüşvətxorluqdan, Putinin şəxsi killer dəstəsinin olmasından, Nemsovun Kremlin yaxınlığında arxadan güllə ilə vurularaq öldürülməsindən, lazımsız, Rusiyada yaşayan xalqların da mənafeyinə uyğun olmayan Ukraynanın işğalından, seçilməmiş Belarus prezidenti Lukaşenkonun əməllərindən danışdı. Rusiyanın da Avropanın bir hissəsi olduğunu deyən Darya xanım Avropa dəyərlərinin Rusiyada da bərqərar olmasını arzuladığını bildirdi.
Avropa tribunasını ona təqdim edənlərə öz təşəkkürünü bildirməklə yanaşı, avropalılara öz iradını da bildirdi.
Əsas vəzifələri Avropa dəyərlərini özündə ehtiva etməli olan bir çox Avropa parlamentarları və dövlət başçıları Putin rejiminə qarşı, yumşaq desək, loyal münasibət göstərirlər. Bu loyallıq isə elə – belə deyil, korrupsiyalaşmış Putin rejimi tərəfindən milyonlarla dollar rüşvət ödəmək hesabına həyata keçirilir.

Putindən rüşvət alanlar arasında Avstriyanın dövlət başçısı Sebestian Kurts, Almaniyanın keçmiş kansleri Angela Merkel və s deyilir.

Daryanın dediyi kimi, Avropa başçıları Putinlə sövdələşmələr əvəzinə, Rusiyadakı avtoritar rejimə qarşı mübarizədə rusiyalı vətəndaşların yanında olmağa çağırıb və verilən mükafata görə Avropa Birliyinə təşəkkür edib.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın