Aleksandr Lukaşenkonun təcili Bakıya gəlməsinin səbəbləri

 

Aprelin 13 cü Belarusiyanın prezidenti Aleksandr Lukaşenko Azərbaycana qeyri-rəsmi səfərə gəlmişdir. Bu səfərlə bağlı həmkarı və Köhnə dostu olan İlham Əliyev Belarus prezidentini qəbul etmişdir. Lukaşenkonun ölkəmizə səfərinin məqsədi çoxları üçün sirr olaraq qalmaqdadır.

Gəlin bu məsələni sizlərlə siyasi təhlil edək;
İlk öncə, köhnə dostların görüşməsinin səbəbi, maliyyə problemləri ilə bağlı ola bilər. Belarusiyanın “Qərb” lə əlaqələrinin kəsilməsi və maliyyə yardımının gəlməməsi. Digər tərəfdən isə Rusiyanın iqtisadiyyatının çökməsi və Lukaşenkoya maliyyə yardımının olmaması onu bu səfərə gəlməyə vadar etmişdir. Yaxın keçmişdə İlham Əliyevin dostu Lukaşenkoya dəfələrlə kömək etməsi buna bir nümünədir.

Bu görüşdə Belarus yeni silahlarını Azərbaycana təklif edə bilər. Digər tərəfdən isə Lukaşenko Türkiyədən Bayraktar- TB2 PUA-larını almaq üçün, Bakı üzərindən Ankaraya xahiş edə bilər.

Sonuncu ehtimalımız Qarabağ məsələsidir ki, Lukaşenko həm İlham Əliyevin dostu, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Son vaxtlar hər kəs Ermənistanın mövqeyini dəyişməyə başladığının şahidi olmuşdur. Ermənistan Azərbaycanda saxlanılan təxribatçılarını misal gətirərək, üç tərəfli müqavilənin şərtlərinə əməl etməkdən boyun qaçırmaq istəyir. Bakının isə Ermənistana son şansı verdiyini deyə bilərik.
Bu süni problemi Rusiya yaratmaqdadır, məqsəd isə Qarabağda hərbi kontingentini artırmaqdır. Lukaşenkonun Bakı səfərinin digər səbəbi bu da ola bilər ki, KTMT üzvü kimi Belarus əsgərlərini Qarabağa sülhməramlı adı altında yerləşdirsin. Lakın rəsmi Bakı bununla razılaşmır, buna cavab olaraq, artıq bir müddətdir ki, hərbi təlimlər keçirməkdədir. Lukaşenkonun Bakı səfəri zamanı, Azərbaycan ordusu “zenit-raket – raket” komplekslərinin təliminə başlamaqla bildirmək istəyir ki, bütün təhlükələrə adekvat cavab verə bilərik. Yəni Azərbaycanla təzyiq dilində danışmaq olmaz.

Mikayıl Əsədov.

Bunu paylaş: