Aleksandr Bortnikov Azərbaycanda səfərdədir

 

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Azərbaycanda səfərdədir. Aleksandr Bortnikov səfər zamanı prezident İlham Əliyevlə
görüşmüşdür. Söhbət zamanı Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr müzakirə olunmuşdur. İlham Əliyev
Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığı yüksək qiymətləndirmişdir.


Aleksandr Bortnikovun ölkəmizə səfərinin qaranlıq qalan tərəfi bəlkə də Dağıstan Azərbaycan sərhəddində aylardır qalan həmvətənlərimizin sərhəddən buraxılması olar. Dağıstan Rusiyanın çox diqqət yetirdiyi yerlərdən biridir və bu səbəbdən Rusiyanın Təhlükəsizlik Xidmətinin rəhbərinin İlham Əliyevdən əsas tələbi bu da ola bilər. Xəbər verdiyimiz kimi, Azərbaycan pandemiya ilə əlaqədar olaraq Rusiya ilə quru sərhəddini 01.03.2021-ci il tarixinə kimi bağlamağa qərar vermişdir. Bu gün Azərbaycan reallığı budur; neçə aydır ki, insanlar öz doğma torpaqlarına keçə bilmirlər.

Əliəşrəf Məmmədov.

 

Bunu paylaş: