Ağalarına sadiq qalan hakimiyyət.

Bu gün Azərbaycan millət vəkili Nəsib Məhəməliyev son Rusiya-Azərbaycan münasibətlərinə toxunaraq bildirdi ki, Rusiya bizim ağamızdır və biz onların sözlərindən çıxmarıq. Millət vəkilinin sözlərinə görə, Tovuz hadisələrindən sonra Rusiyanın Ermənistana köməyi çoxalıb. Lakin Azərbaycan heç bir zaman Rusiyanın əleyhinə olan heç bir sənədə imza atmayıb. Bu qorxaq yanaşmada Nəsib Məhəməliyevə bildirmək istərdim ki, siz öz ağanıza sadiq olsanız da, sizin ağanız hər zaman Azərbaycan xalqını məhv etməyə çalışıb.Sadəcə 100 ilə nəzər etsəniz görəcəksiniz ki, Azərbaycan xalqı Rusiyanın ayaqda durmasında böyük rol oynamışdır. Fərman Salmanov, Kərim Kərimov və. s saymaqla bitməyən soydaşlarımızın Rusiyada böyük xidmətləri olmuşdur.
Sonunda isə hər kəsə bəlli- Rusiya tərəfindən təhdidlər. İlham Əliyev və onun komandası niyə Rusiyadan bu qədər qorxur? Bunlar öz ağalarına sadiqlik nümayiş etdirirlər ,ya da ortada xalqın xoşuna gəlməyəcək faktlar var. Xatırladaq ki, buna bənzər bəyanatlar bəzi məmurlarda vermişdir.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: