Ağaları icazə vermədi

Dünən Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya səfər etmiş və bir sıra görüşlər keçirmişdir. Əsas görüş isə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla olub. Bu görüşdə həmişəki kimi, iqtisadi, siyasi və iki ölkə arasında bəzi məsələlər müzakirə olunmuşdur. Əsas məsələ isə Dağlıq Qarabağ və 7 rayonun Azərbaycana qaytarılması və ATƏT -in Minsk qrupunun fəaliyyəti üzrə danışıqlar olmuşdur . Çıxışdan sonra jurnalistlər qarşısında çıxış edən hər iki nazir Dağlıq Qarabağ və 7 rayonun sülh yolu ilə nizamlanmasında ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini bildirmişlər. Hələ də hakimiyyət anlmır ki, Qarabağı və 7 rayonu işğalda saxlayan Rusiyadır və Minsk qrupunun da 27 ildir bir müsbət fəaliyyəti olmayıb.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: