Afiyəddin Cəlilov, Heydər Əliyev barəsində o vaxt Qurban Məmmədova nə söyləmişdir ?

Hörmətli oxucular, Azerfreedomun 16.08.2020 tarixli buraxılışında Məmmədov Qurban Cəlaloğlundan Afiyəddin Cəlilovla illər əvvəl baş tutan açıq söhbəti.
Xatırladaq ki, Afiyəddin Cəlilov Milli Məclisin sədrinin müavini işlədiyi zaman, Qurban bəyi öz yanına dəvət edərək əsəbi şəkildə söyləmişdir ki, Heydər Əkiyev ermənilərlə danışığa gedərək o vaxtkı prezident Əbüfəz Elçibəyi və onun hakimiyyətini xalq içində hörmətdən salmalı idi. Hətta ermənilərə pul ödəyərək torpaqlarımızın alınmasını tezləşdirməli,Heydər Əliyev hakimiyyıtə gəlməli və sonra Qarabağımız ermənilərin xeyrinı muxtariyyət kimi tanınmalı idi. A. Cəlilov Elçibəyin qanunsuz devrilməsini, H. Əliyev tərəfindən olduğunu etiraf etmişdir. A. Cəlilovun qorxusu xalqın və müxalifətin onu müdafiə etməməsindən idi. Bu məlumatı Sərdar Cəlaloğluna bildirərək tədbir görülməsini istəyən Qurban bəy Sərdar Cəlaloğlundan bir şərt ilə razılıq alır. Sərdar bəyin tələbi o olur ki, Afiyəddin bəy Milli Məclisin tribunasından xalqın qarşısında hər şeyi etiraf etsin. Qurban bəy Afiyəddin bəylə görüşərək Sərdar bəyin istəyini söyləyir. Afiyəddin bəy isə bir həftə vaxt istəyir ki, öz yaxınlarını inandırması üçün. Bir həftə keçdikdən sonra Afiyəddin bəy öz yaxınlarını inandıra bilmədiyi üçün çox təəssüflənir. Afiyəddin bəy ,Heydər Əliyevin xalqımıza qarşı etdiklərindən, Rəsul Quliyevin də xəbəri olduğunu bildirmişdir. Afiyəddin Cəlilov 1994- cü ildə, sentyabrın 29- da öz yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülür.

Hazırladı; Mikayıl Əsədov.

Bunu paylaş: