Adil Əliyev Ramiz Mehdiyevi tənqid etdi

 

Son vaxtlar ölkə daxilində rusmeyilli qüvvələrin çəkişməsi artmaqdadır. Bu çəkişmənin iki rus qüvvələri arasında olduğunu görə bilərik. Mübahisənin Ramiz Mehdiyevin üzərində qurulduğunu açıq şəkildə görürük.
Bu yaxınlarda Milli Məclisin deputatı Adil Əliyevin, Ramiz Mehdiyevin bostanına daş atmasının şahidi olduq. Deputat Mehdiyevi tənqid edərək, onun istefa verməli olduğunu qeyd etmişdir. O, AMEA – nın sədrinin dəfələrlə işfa olunduğunu bildirmişdir.

Bəs niyə Ramiz Mehdiyevin üzərinə bu qədər təzyiq olunmaqdadır?. Bir neçə il bundan öncə, ölkədə önəmli klan lideri ( indinin özündə də) sayılan Ramiz Mehdiyevə, niyə bugünkü gün hər yerindən duran hücum etməkdədir?. Görünür, Kreml “qocə kommunist” in yerinə əvəzedici tapmışdır. Bu səbəbdən Moskva, Mehdiyevi lazımsız əşya kimi kənara atdı.

Lakin “qoca kommunist” in təsiri Azərbaycan hakimiyyətində qalmaqdadır. Siyasi baxışlarımıza görə, Kremlin Azərbaycanda yeni Ramiz Mehdiyevi, Sahibə Qafarovadır.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın