ABŞ – Türkiyə yaxınlaşması

Amerika Prezidenti Con Bayden seçildikdən sonra Rusiya və Türkiyə ilə münasibətlərin kəskinləşməsi proqnozlaşdırılırdı. Lakin bəzi ekspertlər bunun mümkün olmayacağını qeyd edirdilər. Belə ki, Amerikanın “bir əldə iki qarpız tutması”nın mümkün olmayacağını deyirdilər. Yəni, ABŞ – ın eyni zamanda iki güclü dövlətə qarşı mübarizə aparması mümkün deyil. Deyəsən, işlər bu istiqamətdə gedir. İki NATO müttəfiqi – Türkiyə və ABŞ 9 fevralda Qara dənizdə hərbi təlimlərə başlamışlar. Hər iki tərəfdən hərbi gəmilərin və hərbi təyyarələrin cəlb olunduğu təlimdə, düşmənin sualtı hərbi gəmilərinin aşkar olunması və zərərsizləşdirilməsi proqramları işlənmişdir.


Əlbəttə ki, Rusiya bu təlimlərdən bərk qəzəblənmiş və Amerikanın öz sərhəd sularında təlim keçməli olduğunu söyləmişdir.Rusiyaya görə, NATO silah gücü ilə danışmaqdan əl çəkməlidir.
ABŞ isə müharibə başlayarsa, birinci olaraq Rusiyanın Kalininqradda olan, nüvə başlıqlı “İsgəndər” raketlərini və S – 400 havadan müdafiə sistemlərini hədəf alacağını planlaşdırır.


44 günlük Qarabağ müharibəsində özünün müasir silahları ilə göstərdiyi performansa görə, Türkiyə Avropa və ABŞ üçün, Rusiyaya qarşı münaqişədə vazkeçilməz bir müttəfiqə çevrilmişdir. Xüsusilə, Avropanın son zamanlar Türkiyəyə qarşı isti münasibəti də buradan qaynaqlanır.
Türkiyənin güclənməsi isə Azərbaycanın güclənməsi deməkdir.
Uğurlar, Türkiyə!

Şahin Sirvanlı.

Bunu paylaş: