ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland, Qarabağla bağlı İlham Əliyevə mesaj göndərdi

 

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının iclasında çıxış etmək üçün Amerikaya yola düşmüşdür. Ceyhun Bayramov bu səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirmişdir. Əsas görüşlərdən biri isə ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nulandla olmuşdur. Demək olar ki, Amerika bu görüşlə Azərbaycana öz mövqeyini bildirmiş oldu. Görüş zamanı Viktoriya Nuland İlham Əliyevə açıq mesaj göndərməyi belə unutmamışdır. O, “ATƏT-in Minsk qrupu vasitəsi ilə, bölgədə sülhün və sabitliyin qorunması üçün irəliləyiş” gözlədiyini bildirmişdir. Yəni Vaşinqton Bakıdan rəsmi olaraq ATƏT-in Minsk qrupunu yenidən qəbul etməsini tələb edir. Bununla da Vaşinqtonun İlham Əliyevdən cavab gözlələdiyini deyə bilərik.

Daha sonra Viktoriya Nuland Əfqanıstandakı sülhməramlılarımızın roluna və tranzit ölkə kimi Azərbaycan üzərindən daşınan Amerika silahlarına etdiyi köməyə görə, ölkəmizə minnətdarlığın bildirmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın