AAYDA rəsmisi də xalqı qınayır..

 

Bir müddət öncə büdcəni zəli kimi sovuran, talayan, yollara bərbad günündə keyfiyyətsiz asfalt örtüyü saldıran AAYDA idarə heyətinin sədri Saleh Məmmədov haqqında saytımızda xəbər paylaşılmışdı. Çıxışlarında yolların təmir olunmasından bəhs edən Saleh Məmmədov, bu səfər ictimaiyyəti qınayıb. Yolların keyfiyyətsiz çəkilməsində xalqı günahlandırır. Ümumiyyətlə, son zamanlar harınlamış vəzifə sahibləri yalnız xalqa irad bildirir. Sanki özləri üzərinə düşən öhdəliyi tam və dolğun şəkildə yerinə yetirirlər. Bu az imiş kimi, hakimiyyət başçısı onları medallarla, ordenlərlə təltif edir. Gördükləri işin keyfiyyəti, xalqa xidməti ilə maraqlanmayan ölkə prezidenti millətə inad, oliqarxlara çox böyük dəyər verir. Bu ölkədə prezidentin sadiq qulu olmaq üçün gərək yaltaq, ikiüzlü, oğru, talançı olasan.
İllərdir Azərbaycan yollarının bir qismini təmir etdikdən sonra yağışa, istiyə davamlılığı olmayan asfalt örtüyü az müddət keçməmiş sıradan çıxır. Və bunun səbəbkarı kimi avtomobil sahiblərini günahkar bilir.

Quru yollarına nəzarəti zəif olan bu qurumun rəhbəri, nədən bu vəzifədə işini davam etdirməklə məşğuldur? Qeyri – peşəkar birinin xalqa irad bildirməsi birmənalı olaraq yolverilməzdir. Görünür, qurum rəhbərinin iş təcrübəsi çox zəifdir. Tövsiyə olunur ki, ilk öncə Avropa ölkələrinə səyahət etsin, onların yol mədəniyyətini və asfalt örtüyünün necə çəkilməsini öyrənsin. Öyrənmək isə heç zaman gec və ayıb deyil.

Qınaq obyekti xalq deyil, məsul şəxlər ola bilər.İşinizin öhdəsindən gələ bilməməyinizin səbəbkarı siz özünüzsünüz

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın