“Aşığın” sözü bitəndə Kamran Əliyev kimi danışır…

 

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev “Tərtər 1767” cinayəti ilə bağlı açıqlama vermişdir. O, istintaqın aparıldığını və buna uzun müddət vaxt sərf ediləcəyini bildirmişdir. Daha sonra qeyd edib ki, “Tərtər 1767” hadisələrinin istintaqı təzələnmişdir.

Hərbi Baş Prokuror Kamran Əliyev, “AzerFreedom” ailəsinə və onun lideri Məmmədov Qurban Cəlaloğluna da ismarış göndərməyi unutmamışdır. O, söyləmişdir ki, “Tərtər 1767” hadisələrindən heç kim siyasi məqsədlərlə istifadə edə bilməz.

Bu zavallı anlamır ki, “Tərtər 1767” genosidini bizlər siyasi məqsədlərlə istifadə etmir. Sadəcə, bir Azərbaycan vətəndaşı kimi, həmin hadisələrdə şəhid və əzab görən hərbçilərimizin hüquqlarını qoruyuruq.
Aşığın sozü qurtaranda, “neynim, neynim”,- dediyi kimi, hakimiyyət də qorxusundan min oyundan çıxmaqdadır.

Əvvəlcə dedilər, istintaq düz aparılıb, sonra dedilər yeni istintaq qrupu yaradılıb, indi deyirlər ki, istintaqa düzgün baxılmayıb.
Görəsən, hakimiyyət xain adı ilə həbs etdiyi insanların qarşısına hansı dəlilər qoyacaqdır?

Hakimiyyətin bu cür işlərdə belə bir taktikası vardır: Onlar bir – iki nəfər aşağı rütbəli hərbçini həbs edərək hər şeyi onların üzərinə atacaqdır. Bununla da istintaq yekunlaşacaqdır.

Biz Kamran Əliyevə söyləmək istəyirik ki, əsl istintaqı görmək istəyirsə, hər gün “AzerFreedom TV YouTube” kanalında Qurban Məmmədovu izləsin. Bu zaman ədalətin nə olduğunu anlayar.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın