Ağdərədə nə baş verir, niyə iki rus əsgəri yaralandı?

 

Aldığımız xəbərə görə sentyabrın 9- da Rusiya “sülhməramlılarının” nəzarət etdiyi Azərbaycan ərazisində qarşıdurma baş vermişdir. İnsidentin səbəbi, Ağdərə rayonunda ermənilər tərəfindən orada nəzarət postu olmuşdur. Rusiya “sülhməramlıları” həmin postu sökmək istəsələr də, aralarında insident baş vermişdir. Ermənilər bu postun sökülməsinə etiraz etsələr də, nəticədə rus əsgərləri özləri bu postu sökməli olmuşlar.

Həmin postun ətrafında isə erməni hərbçiləri yerə mina basdırıb, bu barədə ruslara bilərəkdən xəbər verməmişdilər. Postu sökən zaman iki rus hərbçisi ermənilərin basdırdığı minaya düşmüşlər. Nəticədə iki “sülhməramlı” ağır yaralanmışdır. Yaralanan hərbçilərin vəziyyətinin ağır olduğu deyilir. Burda deyirlər ki,ilanı qoynunda gəzdirsən də, istədiyi zaman səni dişləyəcəkdir. Hadisə ilə bağlı Rusiya tərəfi hələ susur. Sadəcə, deyə bilərik ki, özgə torpağı işğal etməyin sonu belə olmalıdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın