Ağa Hacıbəyli İlham Əliyevi, “Peyğəmbər”-in davamçısı adlandırdı

 

Azərbaycanda məmurlarla bəzi ilahiyyatçıların bir fərqi olmadığını sizlərə bildirmək istərdik. Prezident İlham Əliyevin bu yaxınlarda Zəngilan və Cəbrayıl rayonunda məscidlərin tikilməsinə verdiyi göstəriş, ilahiyyatçılarımızı daha çox yaltaqlanmağa vadar edib. Din xadimi Ağa Hacıbəyli İlham Əliyevin bu əməlini “Peyğəmbər yolu” adlandırmışdır. Onun sözlərinə görə keçmişdə Məhəmməd Peyğəmbərin əsas işlərindən biri də məscid tikmək olmuşdur.

 

Görün bu yaltaq ikiüzlü ilahiyyatçı İlham Əliyevi Peyğəmbər ilə necə müqayisə edir. Bəlkə də əlacı olsa, İlham Əliyevi Allahın elçisi belə adlandırardı. Bu çür din xadimləri xalqımızın dini mənəviyyatını məhv edirlər.

Ağa Hacıbəyli görəsən Nardaranda dini insanları həbs edən, bir neçə məscidi bağladan İlham Əliyevə niyə bir söz demir? Görün Azərbaycanda bu hakimiyyət xalqı nə günə salıb ki, din xadimi də yalan danışaraq, yaltaqlıq edir. Ölkəmizin dini rəhbəri Şeyxülislam Allahşükür Paşazadə olanda, bədbəxt xalqın ilahiyyatçısı da belə olar.

Mikayıl Əsədov.

Bunu paylaş: