“Ağıllı toyuq” dimdiyindən ilişdi. Zavallı Azərbaycan özündən müştəbeh İ.Əliyevin sayıqlamalarına görə Dünya birliyindən hansı zərbələr olacaq və bu itkilərə davam gətirə biləcəkmi?

Hərdəmxəyal İlham Əliyev bir neçə gün bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının 76-cı sesiyasında çıxış etmişdir. Dünya işlərindən, elementar etiketdən, diplomatiyadan təsəvvürü olan adamlar bu çıxışı Azərbaycan diplomatiyasının iflası kimi dəyəndirdilər.

Özündənmüştəbeh, özündənrazı, kasad düşüncə sahibi kifayər qədər uzun müddət dünyada gedən prosesləri müşahidə, təhlil etmək imkanları olan, lakin, bundan bəhrələnmək qabiliyyətindən məhrum başabəla ölkə başçısı bu dəfə BMT-nin sesiyasını Bakıda öz kabinetində talançı və oğrular yığıncağı ilə səhv saldı. Bunula da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyəti tərəfindən tamamilə tərsinə başa düşülməsinə şərait yaratmış oldu. O, sözün əsl mənasında özünü kamilləşməmiş 13—14 yaşlı yeniyetmə kimi apardı. Azərbaycan cəmiyyətində bununla bağlı yaşanan “Şok”dan ayılmağa başlanılmamış, insanlar hakim ailənin 700 (yeddi yüz) mln Amerika dolları məbləğində ölkədən talan edilmiş pul hesabına Londonda özlərinə daşınmaz mülklər aldıqları barədə dünyanın mötəbər informasiya vasitəsində yazılar dərc edsilməyə başladı.

Ölkə rəhbərlərinin, beynəlxalq miqyasda tanınmış vəzifəli şəxslərin, dünyamiqyaslı siyasətçilərin, dövlət xadimlərinin, çoxsaylı müxtlif vəzifə sahiblərinin pulla satın almaları barəsində artıq təsdiq olunmuş faktlar mövcuddur. Çoxlarının bununla bağlı reputasiyaları ləkələnmiş, hətta azadlıqlarını itirənlər də olmuşdur.

Bu ikrah doğuran biyabırçılıqlarla bağlı olaraq dünya miqyasında Azərbaycanın siyasi təcridolunma prosesinə start verilmiş və hazırda haqq səsimizi eşitməməzliyə vurur, öz reputasiyalarının zədələnməsindən, korrupsiya və rüşvətdə hallanmasından ehtiyatlanan siyasətçilər Azərbaycana səyahətdən belə imtina edirlər.

Ölkəni Avropa Şurasında təmsil edən deputatlarımızın rüşvət qalmaqalları ilə bağlı səlahiyyətli məhkəmələr tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrum edilmələri dünya miqyaslı, misli görünməmiş biyabırçılıqlardır. Həmin deputatlar Avropanın səlahiyyətli qurumlarında öz fəaliyyətini dayandırmış və qayıdaraq Azərbaycana qaçmışlar. Ölkəni AŞPA-da təmsil edən deputat qrupunun rəhbəri Səməd Seyidovun adının bütün çirkli, biyabırçı əməllərdə hallanması, Avropa məhkəməsi tərəfindən onun məsuliyyətə alınması tariximizdə qara ləkədir. S.Seyidovun sələfinin İlham Əliyevin olması və rüşvət xəstəliyinə Seyidovun onun tərəfindən yoluxdurulduğu da avropalıların diqqətindən yayınmamışdır. Ona görə də Avropa siyasətçiləri Azərbaycan nümayəndələrindən murdar əsgi kimi irgənir və buna müvafiq də münasibət sərgiləyirlər. Avropalılarla münasibətdə bu gün mövcud olan gərginliyin mənbəyində məhz İlham Əliyevin beynəlxalq təkilatların nümayəndələrini korrupsiya və rüşvət çirkabına batırması dayanır. Dünya hazırda Azərbaycana dözümsüzlük nümayiş etdirir. Son zamanlar demək olar ki, hər gün hakim ailə yeni-yeni korrupsiya faktları ilə ifşa olunur. Yüzlərlə belə biyabırçı faktlara işıq salınmış, bütün dünya ictimaiyəti bu barədə məlumatlandırılmışdır.

İ.Əliyev ölkəyə utanc gətirən, onun dünya ictimaiyyəti qarşısında imicinə, nüfuzuna ölümcül zərbə vuran rüsvayçılıqlardan heç bir nəticə çıxarmır, xamlıq, saymazlıq nümayiş etdirməkdə davam edir. Məhz bunun nəticəsidir ki, o ölkə kənarında həbs ediləcəyindən qorxaraq son illər ərzində Rusiya (həmdərdli) istisna olmaqla heç bir ölkəyə səfərlər etmir. Beynəlxalq aləmin tədbirlərində adətən onlayn qaydasında iştirak edir və hər dəfə çıxışında elə bir “quş” buraxmış olur ki, ölkə illərlə onun gətirmiş olduğu bəlalarla nəticəsiz vuruşmalı olur. Bu gün Azərbaycanla normal münasibəti yalnız tarixi soyköklə bağlı olan Türkiyə saxlamağa cəhdlər göstərir. Yəqin ki, bu da çox çəkməyəcəkdir. Çünki İ.Əliyev Türkiyə ilə tam qeyri-səmimidir. Yalan vədlər verir. Ürəyi isə Putinin ürəyi ilə bir döyünür, vurur. Ölkədən talan edərək Rusiyaya ötürdüyü pullar artıq on milyardlarla AZN-lə ölçülür.

İlham Əliyev!

Mən bir Azərbaycan vətəndaşı olaraq şəxsən sizə, millətə ləkə hesab olunan ailənizə, oğru, talançı, xəyanətkar, satqın Azərbaycan xalqının düşməni olan ətrafınıza murdar əlinizlə imzalanmış olduğunuz sərəncamlarla vəzifəyə gətirilməyə razı olmuş şərəfsizlərin hər birinə nifrət edirəm!!!!!!!!

Bunu mən bütün xalqın adından deyirəm. Nəhayət ki, ayılın. Bu sadə insanları özünüzlə birgə cəhənnəmə sürükləməyin.

Sizin nəinki bu ölkəyə rəhbərlik etməyə, heç sıradan olan vətəndaş kimi yaşamağa belə haqqınız yoxdur. Rədd olun!!! Rədd olun!!! Rədd olun!!!

 

Oxucularına dərin hörmətlə:                    Tahir Babayev

(55) 577-53-11

tarix: 15.10.2021

 

Bunu paylaş: