Ağçəbədi rayonunda polis vəhşiliyi

 

Ağcabədi rayonunda yaşayan Bayram Ələsgərova qarşı Yol Polisi vəhşilik etmişdir. Bir müddət əvvəl Bayram Ələsgərovun oğlu öz ailə avtomobilini ( Niva markalı) idarə etdiyi zaman Ağcabədi rayon Yol Polisi tərəfindən qanunsuz saxlanılmışdır. Nəticədə avtomobil cərimə meydançasına aparılmışdır. Zərərçəknin oğlu həmin zaman avtomobilin saxlama qutusundan özlərinə aid pul (3200 manat )vəsaitini götürmək istəsə də Yol Polisi buna imkan verməmişdir. Bu məsələdən sonra Bayram Ələsgərov bütün distansiyalara şikayət etmiş, amma nəticəsiz qalmışdır. Bu təxribatdan bir qədər sonra həmin Yol polisləri Ələsgərov Bayramı saxlayaraq vəhşicəsinə döymüşlər və ondan verdiyi şikayətlərin geri götürülməsini tələb etmişlər. Şərlənərək polis bölməsinə aparılan vətəndaşa , güya polisin mobil telefonla şəklini çəkdiyinə görə cinayət işi açmaq istəmişlər. Lakin həmin rayonun prokurorluq işçisi heç bir sübut tapmadığından vətəndaşı sərbəst buraxmışdır. Səbəb kimi Ələsgərov Bayramın mobil telefonunun şəkil və video üçün yerinin olmadığını əsaslandırmışdır.

Dəfələrlə YPX işçiləri Ələsgərov Bayrama təziq və təhdidlər etmişlər. Polis orqanlarının özbaşınalıqları və vəhşilikləri tək Ağçabədi rayonunda deyil, ölkəmizin bütün rayonlarında baş verir. Təngə gələn vətəndaşlar ölkəni tərk etməyi çıxış yolu sayırlar, çünki lazımı orqanlar bu tip polislərlə mübarizə aparmırlar. İlham Əliyev və hakimiyyəti illərdir Azərbaycanı bu vəziyyətdə idarə edir.

(Hazırladı Mikayıl Əsədov)

Bunu paylaş: