8 nəfər erməni əsir geri qaytarıldı, əvəzində isə…

 

Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Ermənistan Baş Naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin video – görüşündən sonra, ikinci Qarabağ müharibəsi zamanı əsir düşmüş daha 8 erməni hərbçisi geri qaytarılmışdır.
Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata əsasən Ermənistan tərəfi bu əsirlərin əvəzində, öz üzərinə öhdəlik götürmüşdür.

Ermənistan tərəfinin götürdüyü öhdəlik, birinci Qarabağ müharibəsi zamanı öldürülən Azərbaycan vətəndaşlarının və hərbçilərinin harada basdırılması barəsində məlumat verməkdir.
Çoxları bu görüşü humanitar xarakter kimi qələmə verir.

Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfi ilə humanitar sahədə görüşlər keçirmişdir. Lakin bu görüşlərin sonluğu bərabər səviyyədə bitməmişdir.
Məsələn, Azərbaycan tərəfi bir neçə dəfə Ermənistana mina xəritələrinin əvəzinə əsir vermişdir. Nəticədə rəsmi İrəvanın təqdim etdiyi mina xəritələrinin cəmi 25 faizi dəqiqliklə olmuşdur.

Beləliklə, görəsən, Nikol Paşinyanın bu dəfəki oyunu nə üzərində qurulacaqdır? Bu dəfə də bizim hakimiyyəti barmaqlarına dolayacaqlarmı?.

Bu dəfə də, amansızlıqla qətlə yetirilmiş vətəndaşlarımızın və hərbçilərimizin sümüklərinin 25 faizini tapacayıqmı?

Hər zaman olduğu kimi
bizə sadəcə, gözləmək qalır ki, görək hakimiyyət Ermənistanı bu dəfə necə şikayət edəcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın