7 kəndimiz nə vaxt azad ediləcəkdir?

 

Qarabağ müharibəsində əldə olunan müqaviləyə əsasən Laçın rayonumuz 01.12.2020 tarixində geri qaytarıldıqdan sonra Qazax rayonunun işğalda olan 7 kəndi də geri qaytarılmalıdır. Dünən Qazax rayonunun icra hakimi Rəcəb Babaşov bu faktı təsdiq edib. İcra başçısı bildirmişdir ki, yaxın günlərdə Qazaxın işğalda olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri də azad ediləcəkdir və orda Azərbaycan bayrağı dalğanalacaqdır. Inanırıq ki, bu kəndin sakinləri tezliklə öz doğma torpaqlarına geri dönəcəklər. Artıq bu barədə Rusiya tərəfi sərhədləri peyklə aydınlaşdırmağa başlamışdır.

Mikayıl Əsədov.

Bunu paylaş: