5-ci kolonu uzaqda axtarmayın!

 

Hörmətli oxucular, illərdir ki, Azərbaycanda bütün siyasi insanlar “5 – kolonu” axtarmaqdadırlar. Kimisi Ramiz Mehdiyevi, kimisi deputatları, kimisi hərbçiləri bu kateqoriyaya daxil etməkdədir. Bəli, təbii ki, yuxarıda sadaladığımız insanlar arasında Kreml- in nümayəndələri çoxdur. Lakin hər bir arı yuvasında minlərlə arının içində cəmi bir dişi arı olduğu hər kəsə bəllidir. Hədəfimiz əsl rəhbəri tapmaqdır. İllərdir Rusiyaya xidmət edənlər, Vladimir Putin tərəfindən mükafatlandırılmaqdadırlar.

Söhbət Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevadan gedir. Fikirləşin, hər il Rusiya prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir və ara-sıra mükafatlandırır. Rusiyanın “Dostluq” ordeni ilə təltif edilmiş Azərbaycanın birinci xanımının bu medalı hansı xidmətinə görə aldığı məlum deyildir.
Digər tərəfdən, “Heydər Əliyev Fondu” büdcə pullarını niyə Rusiyaya israf etməkdədir?

Azərbaycan üçün bu günə kimi bir xidməti olmayan Mehriban Əliyeva necə oldu ki, Rusiya prezidentindən mükafat aldı. Bəlkə Bakı Slavyan Universitetinin (Sahibə Qafarova) və yaxud da Mikayıl Cabbarovovun rəhbərlik etdiyi “qara kassa” nın hesabına. Əslində kimlərsə uzağa gedib Azərbaycanda “5-ci kolon” axtarmasın– hər şey göz qabağındadır. Bu günə kimi heç kim, Mehriban Əliyevanın xalq üçün nəsə etdiyini deyə bilməz. Yəni Azərbaycanı Kreml Paşayevlərin əli ilə idarə etməkdədir.
Sonda, Mehriban Əliyeva heç bir zaman Rusiya – Azərbaycan dostluq qrupunun üzvü olmamışdır. Niyə Putin “Dostluq” ordeni ilə təltif etsin və hər dəfə təbrik etsin. Sadəcə düşünün…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın