5-ci kolon aktivləşib, guya Rusiya Qarabağdan çıxır

Son zamanlar Azərbaycanda 5-ci kolonun üzvlərinin aktivliyi yenidən müşahidə olunmaqdadır. Bir neçə həftə bundan əvvəl qınaq obyektinə çevrilən, əsasən də Rusiya agentləri, bu gün başqa siyasətlə qarşımıza çıxmaqla manevrlər etməkdədirlər. Çoxları bunu bilsələr də, görməsə də ölkədə 5-ci kolonunun yeni mövqeyi üzə çıxmaqdadır.

Diqqət yetirsək görərik ki, bir neçə gündür guya, Rusiya ordusunu Azərbaycan ərazisindən çıxararaq Ukraynaya göndərməsi barədə xəbərlər yayılmaqdadır. Kremlin uşaqları bununla ölkədə elə ab – hava yaratmaq istəyirlər ki, guya Rusiya Azərbaycanı tərk edir. Bunula da 5 ci kolonun təsiri ölkəmizdə azalır. İlk öncə bu xəbərlərin yalan olduğunu vurğulamaq istərdik.

Maraqlısı budur ki, Azərbaycan xalqı hələ də Rusiyanın 5 – ci kolonunun təsiri altındadır.
Yaxşı olardı ki, öz- özümüzdə yaxşıca fikirləşək və bu sualları özümüzə verək:
1)İllərdir Azərbaycan Rusiyanın təsiri altındadır.
2) Qarabağ münaqişəsini yaradan Rusiya özüdür.
3) Tarix boyu ermənilərlə birgə bizə qarşı təxribat törətməkdədir.
4) Rusiya İmperiya siyasəti yürüdür və buna görə də işğal üzərindən işğal siyasəti aparır.
5) İşğalçı Rusiya, “sülhməramlı” adı altında Azərbaycan ərazisində qalmaqdadır.
6) Ölkəmizin təbii sərvətləri Kremlin nəzarətindədir.
7) Hər an təxribatlar törətməyə hazırdır.

Ömrü boyu bizə qarşı bu siyasətləri aparan Kreml hansı ağılla Azərbaycanı tərk etməlidir, biz bunu anlamırıq. Bu gün “Rusiya Azərbaycan torpaqlarından çəkilir” kimi, şüarlar hamısı 5-ci kolonun oyunudur. Əmin olun ki, biz xalq olaraq özümüz ayağa qalxıb Rusiyanı torpaqlarımızdan qovmalıyıq. Bunu etmək üçün isə, ilk növbədə ən böyük 5 – ci kolon — İlham Əliyev və hakimiyyətini dəyişməliyik. Ən azından Ukraynadakı (2013-2014) gedişat ölkəmizdə də başladılmalıdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın