44 günlük müharibə də sübut etdi ki, xalq heç zaman torpağını düşmənə verməz

 

10 noyabr 2020-ci il tarixdə Putin, İlham Əliyev və bir də, deyəsən, Paşinyanın imzaladığı bəyannamədən zaman ötdükcə, Rus “işğalməramlılarının” Yuxarı Qarabağdakı davranışından belə aydın olur ki, Putinlə İlham Əliyev arasında gizli razılaşma olub ki, Rusiya Xankəndində, Xocalıda, Ağdərədə, Əsgəranda, Xocavənddə ermənipərəst at oynadacaq, Azərbaycanın torpaqlarında Azərbaycanın suverenliyininə hörmət etməyəcək, Ermənistanın qoşunlarını oradan çıxarmayacaq və məcburi qaçqınlarımızı həmin ərazilərə qaytarmayacaq. Bəli, belə razılaşma olmasa, Azərbaycan hakimiyyəti 3-4 gün öncə Rus hərbi nazirliyinin sərsəm açıqlamasında işlədilən “Dağlıq Qarabağ Respublikası” ifadəsinə sərt münasibətini bildirər, Rusiyaya Nota verər və Rusiya “işğalməramlılarının” Azərbaycandan dərhal çıxarılmasını tələb edərdi. Adamı məyus edən odur ki, bu sərt tələblər o yana, Azərbaycanın ölkə başçısı, onun Müdafiə naziri, Xarici İşlər naziri heç ağızlarını açıb qımıldanmadılar da. Görünən odur ki, İlham Əliyev Rusiyanın “işğalməramlı” qoşunlarının olduğu əraziləri Azərbaycanın suveren ərazisi saymır. Saysaydı, birincisi, Putinin hərbi nazirliyi qələt edib belə sözü deməzdi, ikincisi də, Rusiyaya verilən Notanı görərdik.

Heç İlham Əliyev o yerlərin adını dilinə belə gətirmir. Özü də deyir ki, biz Yuxarı Qarabağı tamam azad etmişik. Etmişiksə, onda niyə Xankəndinə səfər etmirsən, cənab İlham Əliyev? Oraya niyə Mer təyin etmirsən? Məcburi qaçqınları oraya niyə qaytarmırsan? Görünən odur ki, Yuxarı Qarabağ Rusiyaya “peşkəş” edilib, indi də xalqı buna razılaşdırma “hazırlığı” aparılır. Yoox..xalqımızın vətən sevgisini 44 günlük vətən müharibəsində gördünüz. O xalq heç zaman Xankəndimizi, Xocalımızı, Əsgəranımızı, Ağdərəmizi, Xocavəndimizi nə şovinist rusa, nə də daşnak erməniyə verməz!! Xalqın qüdrətli sözünü tezliklə görəcəksiz, ay xalqdan uzaq düşmüşlər.

Rövşən Öntürk.

Bunu paylaş:

Bir cavab yazın