31 Mart Türk – Müsəlman Soyqırımı – Anım Günü ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının Bəyanatı

“Əziz həmvətənlər!

Hörmətli Bacılar və Qardaşlar!

1918-ci ilin Martında bolşevik rusiyasının silahlandırdığı  ermənilər  tərəfindən   törədilmiş Türk – Müsəlman Soyqırımının  Anım Günüdür!

Cəmiyyət, Millət, Dövlət olaraq qətlə yetirilmiş insanlarımızın haqqlarını ödəməmişik.

Türk və Müsəlman olduqlarına görə, qətlə yetirilənlərin coğrafiyası – Güneyli – Quzeyli  Azərbaycan və Türkiyə əraziləri idi..

1918-ci ildə  törədilən soyqırım nəticəsində  Çəmbərəkənd    qəbiristanlığı  Şəhidlər Xiyabanına çevrildi…

Rus – bolşevik hakimiyyəti Şəhidlərin  uyuduğu  son məkanı dağ üstü parka çevirib,  Millətin köksünə dağ çəkdi, orada Azərbaycan – Türk düşməni  Kirovun heykəlini ucaltdı…

Türk – Müsəlman soyqırımın  nəticəsini düşmən də, dost da              qiymətləndirdi. Düşmən bizi bitmiş saydı. Dost əl tutdu. Azərbaycan    Cumhuriyyətinin baş kəndini – Bakını işğaldan  azad etdi…

Bir olub,      birlikdə olub Cumhuriyyət quran Dədələrimiz – Gündoğana, Günbatana,  Dünyaya və  bizə örnək oldular…

Sovet Hakimiyyətinin sonrakı   davamçıları, ötən əsrin 70-ci illərində  Türk – Müsəlman soyqırımının – ideya müəllifi, icraçı – rəhbəri, Türk düşməni   Şaumyanın heykəlini fəxrlə ucaltdı…

Türk – Müsəlman Soyqırımı həyata keçirənlər, Quzey Azərbaycanda  bütün quruluşlarda, bütün hakimiyyət və hökumətlərdə oldular…

Bu gün Türk – Müsəlman soyqırımını həyata keçirənlərin tör- töküntülərinin, davamçılarının, qan qardaşları və bacılarının olmadığı bir dövlət strukturu belə, yoxdur…

Bizi, Türk və Müsəlman olduğumuza görə qətl etdilər. Türk  – Müsəlman soyqırımları bu gün də davam edir. Tariximizi tərs yazanlar yenə yuxarı başda! Tarixdən ibrət almaq istəyən hökumətimiz yox…

Bu günkü iqtidar   Azərbaycanın şərəf tarixi olan –  AXC hakimiyyətinin yaratdığı   Fövqəladə Təhqiqat  Komissiyasının  materiallarını milyon  tirajla  nəşr etməlidir.  Bu materiallar hər bir vətəndaşımızın  istifadəsində  olmalıdır. Fövqəladə Təhqiqat Komissiyasının materialları dünyaya çardırılmalıdır. AXC hökumətinin qərarına uyğun olaraq, Fövqəladə Təhqiqat Komissiyasının materialları  – “ rus, fransız, alman və təbii ki, Türk”… – dillərində  nəşr olunmalıdr.

İndi hakimiyyətdə olanların hər sözü keçərlidir. Onların, babalarının istifadə etdiyi:  – “İtə ataram, yada satmaram” – qiymətli  Atalar sözünün qulaqlarınızda sırğa olması vacibdir…

Millətin  tarixini unutdurmaq siyasətinin nəticəsi –  bu günkü  problemlərimizdir.

Əziz  Bacılar!

Hörmətli Qardaşlar!

Ruhları şad olsun qətl edilən Bacı, Qardaşlarımızın!

Onların qarşısında olan borclarımızı yerinə yetirməyi ALLAH    nəsibimiz  etsin!”

 

30 Mart 2021-ci il.                                                    Bakı şəhəri

Bunu paylaş: