30 il mənasız danışıqlar

Dünən ATƏT-in Minsk qrupu İsveçrənin Cenevrə şəhərində Dağlıq Qarabağa dair qapalı görüş keçirib. Artıq 30 ildir əllərində sülh planı olmayan ATƏT-in Minsk qrupunun üç gün içində tez görüşlər keçirməsi çox müəmmalıdır.Azərbaycan Xarici İşler Naziri Ceyhun Bayramov da bu görüşdə iştirak etmişdir. Artıq dünən Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Minsk qrupuna qətiyyətli bir cavab göndərərək bildirmişdir ki, işğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxmamış heç bir sülh danışıqlarından söz gedə bilməz. Əminliklə deyə bilərik ki, bu görüş Paşinyanın yalvarışları əsasında təşkil olunmuşdur.

Mikayıl Əsədov.

Bunu paylaş: