3-cü dünya müharibəsi hər an başlaya bilər…

 


Dünyada ən pis şeylərdən biri müharibədir. Bu gün kiçik radiuslu müharibələr dünyanın hər yerində gedir. Hiss olunur ki, Ukrayna məsələsinə görə NATO Amerika ilə birgə Rusiyaya qarşı Qərbdə, Cənub – Şərqdə isə Amerika Çinə qarşı Tayvan məsələsinə görə cəbhə açılmışdır. Deyə bilərik ki, hər iki cəbhədə vəziyyət çox təhlükəlidir. Hər an müharibə başlaya bilər. Lakin məsələ müharibənin başlamasında deyil,bu zaman hansı silah növlərindən istifadə edilə bilər?.

Əgər iki cəbhədən biri, aktiv vəziyyətə keçsə, 3 – cü dünya müharibəsinin başlanğıcının başladığıını qeyd etmək olar.
Rusiya prezidenti, dəfələrlə Qərbi atom və yüksək dağıdıcı silahlarla təhdid etmişdir. Digər tərəfdən də Qərb ölkələri, Rusiya sərhədlərinə yaxın ərazilərə böyük həcmli silah və əsgəri güc göndərmişdir. Maraqlısı budur ki, hər iki tərəf sərhədlərinə bu dəqiqəyə kimi də ordu və silah yığır.

Eyni vəziyyəti dünyanın digər qaynar nöqtəsi olan Çinin ətrafında görə bilərik. Eyniliklə Amerika, Hindistandan, Yeni Zelandiya, Avstraliya və s kimi ölkələr də öz ordularını hazır vəziyyətə gətirmişlər.
Əgər 3-cü dünya müharibəsi baş versə, bu, 1-ci və 2-ci dünya müharibəsindən daha dəhşətli olacaqdır. Ölkələrin son illər ərzində, daha da dağıdıcı silaha malik olmaları belə deməyə əsas verir. Beləliklə, yeni müharibə və çox sayda insan təlafatı ola bilər.
Bir daha qeyd edəmək istərdim ki, hər iki tərəfdə vəziyyət gərgindir. Tərəflər ümumi dialoq tapa bilmirlər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın