3-cü dünya müharibəsi başlayır?

 

Son vaxtlar Amerika və Rusiyanın əlaqələrində baş verən soyuq münasibətlər, bölgədə gərginliyi artırmaqdadır. Ukraynada gedən ara-sıra toqquşmaların yeniliyini Suriyada da müşahidə edirik. Bu iki tərəfdə baş verən hadisələr müharibədən əvvəlki hazırlıq işlərinə bənzəyir. Belə getsə “3-cü dünya müharibəsi” qaçılmaz olacaqdır.

Amerika və NATO, Türkiyə də daxil olmaqla geniş miqyaslı hərbi təlimlərə start vermişdir. Rumıniya sahillərində yerləşən Amerikanın donanması bu təlimlərdə iştirak etmək üçün Qara və Aralıq dənizləri istiqamətinə göndərilmişdir. 14 ölkənin birgə təlimlərində ağır silahlar və uzun, orta hesablı raketlərdən istifadə ediləcəkdir. Bu geniş miqyaslı təlimləri Kreml özünə təhdid kimi başa düşərək Qara dəniz hövzəsində bütün donanma və sualtı qayıqların həmin istiqamətdə göndərilməsini əmr etmişdir.

Sibirdə dincələn Rusiya prezidenti Vladimr Putin və Müdafiə naziri Sergey Şayqu bu təlimləri diqqətlə izləməkdədirlər. Rusiyanın donanma rəhbərliyi bildirib ki, bu günə qədər aldığımız ən geniş əmridir. Bu gediş açıq şəkildə bəşəriyyətə heç bir xeyir verməyəcəkdir, böyük dünya müharibəsi çox yaxındadır.

 

Mikayıl Əsədov.

 

Bunu paylaş: