3 əsgər öldürüldü və rus ordusu sərhəddə gəlir

Rus ordusu Kəlbəcərə gətirilib. Nə baş verir?Aldığımız məlumata əsasən 3 erməni hərbçisi məhv edilib. Onlardan biri leytenant rütbəli, digər ikisi sıravi əsgərlərdir.

Qəribədir, deyilmi? Atəş səsləri davam etməkdədir. Erməni terrorçuları məhv edilir,  ancaq silahlar susmur. Ancaq efirdə ölkə başçısı belə demirdi. Kapitulyasiyaya imza atılmamışdımı? Müharibə bitməmişdimi? “Status”u gora göndərməmişdimi? Nə oldu? Müharibə davam edir, can itkilərimiz, yaralananlarımız var.
Ermənilər bu ruh yüksəkliyini haradan alır? Hansı cəsarətlə yenidən Şanlı Azərbaycan Əsgərinə güllə atır?.

Kəlbəcər istiqamətində qızğın döyüşlərin getməsi bəs bəllidir. Çünki (düşmən tərəf) qızıl yataqlarını əldən çıxarmamaq üçün hiylələr işlədir. Görünür bu minvalla Zəngəzuru da yaddan unutdurmaq isdəyirlər.
Azərbaycan prezidenti ünvalanan suallara aydınlıq gətirsin. Ermənilərin məqsədi nədir və niyə bəyannaməyə əməl etmirlər? Rus sülhməramlılarının açılan atəşlərə reaksiya verməməsinin səbəbini izah etsin.

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın