28 ildən sonra Laçınımız azad edildi

28 illik həsrətə son verildi, artıq şanlı Azərbaycan ordusu Zabuğ kəndindən Laçınımıza daxil oldu.
Laçın Azərbaycanın qədim tarixi abidələri, füsunkar təbiəti, ən nadir ağac olan dəmirağac meşələri, kobalt, mineral suları və. s ilə zəngin olan ərazilərindən biridir.Öz gözəlliyi ilə ad qazanan Laçınımız 1992-ci ildə ermənilər tərəfindən işğal edildi. Laçın da bizim digər rayonlarımız kimi, yüzlərlə şəhid oğul, qız, uşaq, qoca qurban verdi. Minlərlə sakin isə öz yurdundan didərgin düşdü.
Amma aldıq Laçınımızı! Geri qayıtdıq, gözü yolda olan Laçınımız. Qarabağımızın hər qarış torpağı Azərbaycanın ayrılmaz bir hissəsi oldu. Nəhayət, aldıq hər qarışımızı yağı düşməndən. Onlardan bizə xaraba gününə qoyduqları dağıdılmış, yandırılmış evlər, abidələr, kəsilmiş meşələr, sökülmüş tarixi binalar qalsa da, eybi yox, əsas odur ki, xalqımızın sayəsində yenidən torpaqlarımız çiçəklənəcək, hər bir qarışımız abadlaşdırılacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş: