27 illik həsrətə son

Bu gün bütün Azərbaycan xalqı, əsasən də ağdamlılar 27 illik həsrətə son qoyurlar.Ağdam rayonumuz Ermənistan işğalından nəhayət ki, azad edildi.
Ağdam rayonu 1993 – cü ildə ermənilər tərəfindən işğal edilmişdir. Döyüş zamanı 5000 -dən çox insan şəhid, 3500 -ə yaxın insan əlil olmuşdur. Minlərlə insan yurd -yuvasından didərgin düşmüşdür.Bu gün Ağdam rayonu qəhrəman əsgərlərimizə və öz doğmalarına təhvil verilmişdir. Erməni vandalizmi hər şəhərdə olduğu kimi, Ağdamda da öz izini buraxmışdır. Dünən gecədən başlayaraq Azərbaycanda Ağdam bayramı keçirilir. Bir daha xalqımızı təbrik edirik və ağdamlılara ,-siz artıq məçburi köçkün deyilsiniz,- deyirik.Yaşasın qəhrəman Azərbaycan əsgəri!

Mikayıl Əsədov.

Bunu paylaş: