Belarus xalqı ilə bizim hansı fərqimiz var?

Belarus xalqı ilə bizim hansı fərqimiz var? Biz ağ atlı oğlanı gözləyirik və belə hesab edirik ki, o, bizim nicatımız, xilaskarımızdır. Amma belarus xalqı nicatı özündə axtarır və özünü xilaskar bilir. Həqiqətən də, ağ atlı oğlan ancaq nağıllarda olur. Kimdən soruşursan ki, niyə öz taleyinə bu qədər biganədir, cavab verir ki, ortada istədiyi lideri yoxdu. Mən anlamıram, sən bu qədər rəzil olurkən öz haqqını tələb eləməlisən ya yox? Bir lider gəlib bizim yerimizə mübarizə aparmalı deyil ki. Biz sadəcə o lideri dəstəkləyə bilərik. Belarusiyada lider filan yoxdur, sadəcə xalq haqqının pozulmasına etirazını bildirir. Hər kəs öz haqqını müdafiə etməyi anlasa, bu duruma düşmərik.Mən bilmirəm bu qədər təhqirlərə, aşağılamalara dözmək, səbr etmək şərq ətalətindən, tənbəlliyindən irəli gəlir, yoxsa burda şərqlik heç nə yoxdur, sadəcə genimiz korlanıb?
Amma mən yenə də ümidimi itirmirəm, çünki belə gözəl diyarı bizim üçün qoyub gedən əcdadlarımız aciz və qorxaq ola bilməzlər. Bu günə düşməyimizin çox səbəbləri var , ancaq çarəsiz də deyilik.

İmza: Yaqut Xəlilova.

Bunu paylaş: